Qızını xilas etmək üçün bunu da etdi – FOTOLAR
Bizi izləyin

Dünya

Qızını xilas etmək üçün bunu da etdi – FOTOLAR

Valideynlər ölüm ayağında olan uşaqların xilası üçün daha nələr etmir. Məsələn, Çində yaşayan qadın yeganə qızının sağalması üçün insanları pul müqabilində qucaqlayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çinli Çen Diyuan leykamiyadan (qan xərçəngi) əziyyət çəkən qızını müalicəsinə pul yığmaq üçün tanımadığı insanları qucaqlayır. Bir qucağın qiyməti 2 dollardır.

Qeyd edək ki, 4 yaşlı Nananın müalicəsinə artıq 11 min dollar xərclənib, lakin kifayət qədər olmayıb. Pullar bitdikdən sonra çarəsiz qalmış ana pul müqabilində qucaqlaşmaq qərarına gəlib.

Nana və anasını görən yoldan keçən insanlar onlara tərəf yaxınlaşaraq kömək etməyə çalışıblar. Bəziləri isə, 2 dollardan artıq pul ödəyir. Hətta, bu hadisə sosial şəbəkədə yayımlandıqdan sonra insanlar internet yolu ilə də Diyuana yardım göstəriblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm