Dünya
İŞİD niyə dövlət kimi təqdim olunur? – Qərb mediasının informasiya müharibəsi
Türkiyə PKK və İŞİD hədəflərini hava hücumları ilə
bombardman edir. İyunun 20-də Suruçda törədilən terror aktından
sonra start verilən əməliyyatlar nəticəsində terror
qruplaşmalarının hədəfləri darmadağın edilib. Qərb mediası isə
Türkiyə hökumətini sərt şəkildə tənqid edir, dolayısı ilə
terrorçuları dəstəkləyir.
Publika.az Qərb mediasında Türkiyəyə qarşı
sərgilənən məqalələrin xülasəsini təqdim edir.
Böyük Britaniyanın “The İndipendent” nəşri yazır: “Ərdoğan “parçala
və hökmranlıq et” prinsipi ilə hərəkət edir. Türkiyə Suriya
münaqişəsi dövründə “İslam dövləti”nə (bütün Qərb mediası İŞİD
terror qruplaşmasını israrla “İslam dövləti” kimi təqdim edir -
red) qatılan döyüşçülərin tranzit yeri olub. İndi isə bu ölkə
“İslam dövlətini” bombalayır. Bu, İŞİD-ə qarşı beynəlxalq
mübarizəyə ciddi maneələr törədir. Bu terror qruplaşmasına qarşı
PKK və onun Suriyadakı qolu olan PYD səmərəli mübarizə aparır. Amma
Türkiyə PKK-nı da bombalayır”.
Nəşr PYD-nin fəaliyyətini Suriya münaqişəsində uğur hekayəsi olaraq
təqdim edir.
“Foreign Policy” nəşri iddia edir ki, Türkiyənin İŞİD-ə qarşı hərbi
əməliyyatlara başlaması kürdlərlə tarixi ədavətdən irəli gəlir:
“Əsas məqsəd PKK-nı vurmaqdır”. Məqalədə “ABŞ kürdləri satdı” deyə
qeyd olunur.
“The New York Times” nəşri iddia edir ki, Türkiyənin PKK-ya hücumu
İŞİD-ə qarşı mübarizəyə mane olur.
“Ərdoğanın bu davranışları ABŞ və NATO-nu çıxılmaz vəziyyətə salır.
NATO bir qayda olaraq üzvü olan Türkiyəni dəstəkləməyə məcburdur.
Digər tərəfdən, İŞİD-ə qarşı mübarizəyə xələl gəlməməsinə
çalışmalıdır”, - deyə məqalədə bildirilir.
Asif Nərimanlı
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR