Ata 15 yaşlı oğlunu İŞİD-dən geri istəyir - FOTO
Bizi izləyin

Dünya

Ata 15 yaşlı oğlunu İŞİD-dən geri istəyir - FOTO

Türkiyəli ata İŞİD-ə qoşulan 15 yaşlı oğlunu terror təşkilatından geri istəyir.

Publika.az xəbər verir ki, Taylan Y. adlı türkiyəli yeniyetmə bir il öncə İŞİD sıralarına qatılıb. Döyüşlərdə yaralanan yeniyetmə ötən il İŞİD üzvləri tərəfindən Türkiyə sərhədində gətirilərək ölkəsinə keçirilib. Yeniyetməni tapan ailəsi onu xəstəxanaya aparıb və müalicə edib. Müalicədən sonra sağalan Taylan 1,5 ay öncə yenidən Suriya sərhədini keçərək İŞİD-ə qoşulub.

Vaxtilə oteldə işləyən yeniyetmə evlərinin bir otağına qapanaraq uzun müddət internet üzərindən kiminləsə yazışırmır. Valideynləri soruşanda isə o, qız dostu ilə danışdığını bildirib. Daha sonra validenyləri şəhərdən kənarda olan yerə getdiyi vaxt iş yerindən paltar almaq adı ilə 120 lirə avans alıb. Aldığı pulla Adanaya, oradan da Kilisə gedib. Daha sonra qeyri-qanuni yollarla Suriyaya keçərək İŞİD-ə qoşulub.
Yaralandıqdan sonra ailəsinin yanına qayıdan Taylan yenidən sərhədi keçərək İŞİD-ə qoşulmağa müvəffəq olub.

Onun atası Yaşar Y. oğlunu İŞİD-dən geri istəyir. Ata evlərinin divarına “İŞİD, Talyanı qaytar. Onun hələ 15 yaşı var” deyə yazıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm