“Boeing 777”-nin qanadı tapıldı - FOTO
Bizi izləyin

Dünya

“Boeing 777”-nin qanadı tapıldı - FOTO

Fransanın Reyunon adası sahillərində “Boeing” təyyarəsinin qanadının bir hissəsi tapılıb. Avstraliya, Malayziya və Fransa mütəxəssisləri qalığın “Boeing 777”-yə məxsus olduğunu təsdiqləyiblər. Bu qalığın ötən il Kuala-Lumpurdan Pekinə uçan “Malaysia Airlines” şirkətinə məxsus təyyarəyə məxsus olduğu də ehtimal edilir.

Reyunon adası Malayziya təyyarəsinin yoxa çıxdığı ərazinin 4 min kilometrliyindədir. Ekspertlər hesab edirlər ki, okean suları təyyarə qalıqlarını hadisə yerindən belə uzaq məsafəyə apara bilər.

Sen-Andre şəhərinin çimərliyində çalışan xidmətçilər tərəfindən tapılan təyyarə qalığının yaxınlığında zədələnmiş çamadan da aşkarlanıb. Araşdırmaların nəticələri yaxın iki gündə açıqlanacaq.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu “Boeing 777” təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm