Yaponiya sahillərində bərə yandı
Bizi izləyin

Dünya

Yaponiya sahillərində bərə yandı

Yaponiyanın şimalında yerləşən Tomakomay şəhərinin 50 kilometrliyində bərədə yanğın olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə xeyli sayda mühafizə və xilasedici gəmi cəlb edilib.

Bərədə 94 nəfər olub. Onlardan 71-nin sərnişin olduğu xəbər verilir. Son məlumata görə, onların hamısı xilas edilib, xəsarət alan yoxdur.

Yanğının səbəbləri müəyyənləşdirilir. İlkin məlumatlara görə, yanğın avtomobillərin daşınması üçün nəzərdə tutulan göyərtədə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm