Dünən öldü, bu gün dirildi
Bizi izləyin

Dünya

Dünən öldü, bu gün dirildi

Talibana bağlı olaraq fəaliyyət göstərən Hakkani təşkilatının lideri Cəlaluddin Hakkaninin ölümü barədə yayılan iddialar təkzib edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Talibanın sözçüsü Zabiullah Mücahid yazılı açıqlamasında ölüm xəbərlərinin doğru olmadığını deyib.

Qeyd edək ki, dünən Pakistanın Pişəvər şəhərindəki Taliban mənbələri uzun müddətli xəstəlikdən sonra Hakkaninin 2014-cü ilin iyununda öldüyünü açıqlayıb. Onun Əfqanıstanın Host şəhərində dəfn edildiyi bildirilib.

Əfqanıstanda SSRİ işğalına qarşı vuruşan “Hizbi İslami Yunus Halis” qrupunun komandiri olan Hakkani 1989-cu ildə Cəlilabad şəhərinin müdafisində xüsusilə seçilmişdi. Talibanın lideri Molla Ömərə 1996-cı ildə bağlılığını elan edən Hakkani 2001-ci ildə Talibanı devirən koalisiya güclərinə qarşı hücumlarda da əhəmiyyətli rol oynayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm