Tatarların lideri Kremlə dəvət edildi
Bizi izləyin

Dünya

Tatarların lideri Kremlə dəvət edildi

Tatarların lideri Kremlə dəvət edildi

Rusiya prezidenti Vladimir Putin Krım Tatar Məslisinin keçmiş sədri, Krım tatarlarının lideri Mustafa Cəmiloğlunu Kremlə dəvət edib.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə onun özü bildirib.M.Cəmiloğlu dəvəti birbaşa olaraq Rusiya prezidentinin özündən aldığını deyib. “Mustafa Cəmiloğlunun fikrincə, Krım tatarlarını Kremldə öz tərəfinə çəkməyə çalışacaqlar”, - Ukrayna saytı yazır.

“Rəhbərliklə məsləhətləşəcəyəm. Onlar mənimlə Rusiya qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər və nəsə təklif edəcəklər”, - Krım Tatar Məclisinin keçmiş sədri söyləyib.

Qeyd edək ki, referendum hazırlıqlarını davam etdirən Krım rəsmiləri yarımadanın Ukraynada qalmasında israr edən yerli tatar əhaliyə təklif göndərib. Təklifdə tatarlar referenduma dəvət edilir və ikinci mərhələdə onlara rus-tatar dövləti qurulması təklif olunur. Bu haqda RİA-Novosti agentliyinə danışan Krımın baş naziri təyin edən Sergey Aksenov deyib ki, referendumdan sonra Krımda rus dili ilə yanaşı tatar dilini dövlət dili elan etməyə hazırıq: “Krım tatarlarına baş nazirini birinci müavini və iki nazir postu verməyə də hazırıq. Digər nazirliklərdə də tatar qardaşlarımıza önəmli vəzifələr təklif etməyi düşünürük”.

Onu da vurğulayaq ki, Krım gərginliyi başlayan ilk günlərdə Rusiya tərəf Krım tatarlarının lideri Mustafa Cəmiloğluna baş nazir postu təklif etmiş ancaq sərt bir açıqlama ilə rədd cavabı almışdı.Krım Tatar Məclisinin sədri Refat Çubarov isə referendum boykot edəcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm