Gey-paradda bıçaqlanan qız ölüb
Bizi izləyin

Dünya

Gey-paradda bıçaqlanan qız ölüb

Qüds şəhərində keçirilmiş gey-paradda bıçaqlanan qız ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı Şira Banki cümə axşamı günü gey parad zamanı hücuma məruz qalmış 6 nəfərdən biri olub.

O, Hadassah Tibb mərkəzinə ciddi yaralarla gətirilib, lakin həkimlər qızın həyatını xilas etmək mümkün olmadığını bildiriblər.

İsrail polisi gey paradda altı nəfəri bıçaqlamış kişini həbs edib. Həmin şəxs 2005-ci ildə keçirilmiş paradda da 3 nəfəri bıçaqlamaqda ittiham olunub.

Ultra-ortodoks yəhudi Yishai Schlissel ilk hadisəyə görə həbs cəzasını çəkərək cəmi üç həftə əvvəl həbsxanadan çıxıbmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm