Məmurlara sosial şəbəkə QADAĞASI
Bizi izləyin

Dünya

Məmurlara sosial şəbəkə QADAĞASI

Rusiya Dövlət Duması dövlət qulluqçularına sosial şəbəkəyə girişi qadağan edə bilər.

Publika.az “İzvestiya”ya istinadən xəbər verir ki, hazırda bu barədə qanun layihəsi hazırlanır. Bu barədə Parlamentin Aşağı Palatasının Məlumat siyasəti komitəsinin sədr müavini Vadim Dengin məlumat verib.

Məlumatda bildirilir ki, dövlət qulluqçularına iş kompüterindən sosial şəbəkələrə girişin qadağan olunmasına səbəb onların boş yerə vaxt sərf etmələridir:

“Hər kəs öz vəzifəsini və məsuliyyətini bilməlidir. Dövlət qulluqçuları vaxtlarını boş yerə sərf etməməlidirlər. Əlbəttə ki, bu, sosial şəbəkə vasitəsilə əhali ilə ünsiyyət quran məmurların ünsiyyətinə əngəl yaratmamalıdır”, - deyə Dengin bildirib.

Qeyd edək ki, rusiyalı ekspertlər də məmurların sosial şəbəkə qadağasını dəstəkləyirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm