Ərdoğan PKK-ya görə İran Prezidentinə zəng etdi
Bizi izləyin

Dünya

Ərdoğan PKK-ya görə İran Prezidentinə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə PKK ilə bağlı zəng edib.

Axar.az xəbər verir ki, Ərdoğan Ruhaniyə PKK-ya qarşı aparılan son əməliyyatlarla bağlı məlumat verib.

Ərdoğan həmçinin telefon danışığında Suriya və İraqda davam edən xaosun qonşu ölkələrə mənfi təsir etdiyini bildirib.

Sonda isə Türkiyə prezidenti həmkarına milli təhlükəsizliyin qorunması istiqamətində terror təhdidlərinə qarşı biganə qalmayacaqlarını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm