Stalinin Bakıdakı həbsi Türkiyə mətbuatında - FOTO
Bizi izləyin

Dünya

Stalinin Bakıdakı həbsi Türkiyə mətbuatında - FOTO

Türkiyənin “Haber analiz” informasiya agentliyi SSRİ diktatoru İosif Stalinin Bakıdakı həbs günləri barədə yazı hazırlayıb.

Publika.az xəbər verir ki, yazıda Stalinin 1908-ci ilin 25 martında saxta sənədlə Bakıda olarkən həbs edilməsi barədə məlumat verilir. Məlum olub ki, əvvəlcə şübhəli şəxs qismində saxlanlmış Stalin Bakıya Qacaz Nijeradze adlı şəxsin adına hazırlanmış saxta pasportla gəlib: “Bakı polisi bu şəxsə “Maloçnıy” ləqəbini verib. Lakin o, “Yer üzünün ən böyük diktatorlarından biri, milyonlarla insanın gühansız ölümünün səbəbkarı, “Koba” ləqəbli bank soyğunçusu idi”.

Mətbu orqan Stalinin həbsina dair fotonu və sənədləri də yayıb: “Stalin aprelin 9-da çıxarılan məhkəmə qərarı ilə 2 illiyə Sibirə sürgün edilir. Lakin “Koba” Bayıl həbsxanasından qaçmağı bacarır”.

Qeyd edək ki, Stalin 7 dəfə həbs edilib və ya sürgün olunub. 6 dəfə isə həbsdən qaçıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm