Dünya
Türkiyə genişmiqyaslı quru əməliyyatına başlayır – DETALLAR

PKK terror təşkilatının Şimali İraq və cənub-şərqi Türkiyədəki mövqelərini havadan bombalayan Türkiyə Silahlı Qüvvələri quru əməliyyatı üçün hazırlıqlara başlayıb.
Publika.az xəbər verir ki, Türkiyə mediası PKK-ya qarşı həyata keçiriləcək quru əməliyyatının detallarını əldə edib.
Türkiyə ordusu ilk olaraq ölkə daxilindəki terror ünsürlərini məhv etməyi planlaşdırır. Bir həftə sonra isə Suriya sərhədinə keçən PKK-çılar üçün quru əməliyyatlarının başlanması nəzərdə tutulur. ABŞ ilə əldə olunan İncirlik razılaşmasından sonra terror aktlarının qarşısının alınması üçün ciddi addımlar atan Türkiyə həm İŞİD, həm də PKK-nı bölgədən tamamilə çıxarmaq istəyir.
Hərbi mənbələrdən əldə edilən məlumatlara görə, türk qırıcılarının bombardmanlarından sonra Kandil, Hakurk və Avaşin kimi düşərgələrdən Şimali Suriyaya 1500-ə qədər silahlı PKK üzvü qaçıb. PKK-nın Şimali Suriyadakı yuvalarının məhv edilməsi üçün keçiriləcək quru əməliyyatlarına hava qüvvələri də dəstək verəcək.
Hərbi mənbələr həmçinin iddia edir ki, Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatları da gündəmdədir. Əməliyyatların yaxın vaxtlarda başlanacağı istisna edilmir.
Ömər Dağlı

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi