Prezident yeni kanalın açılışına yaxtada gəldi
Bizi izləyin

Dünya

Prezident yeni kanalın açılışına yaxtada gəldi

Misirdə yeni Süveyş kanalının açılışı mərasimi olub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Əl-Sisi mərasimin keçirildiyi yerə “Maxrussa” yaxtası ilə gəlib.

Məlumata görə, 1869-cu ildə köhnə Suveyş kanalının acılışında kanaldan ilk keçən məhz “Maxrussa” yaxtası olub. Yaxta 1865-ci ildə hazırlanıb.

Yeni kanal əvvəlki kimi dövlət mülkiyyətində olacaq. Kanalın tikintisində daxili maliyyə mənbələrdən istifadə edilib. Misir hökuməti 12 faiz illik gəlir gətirən istiqraz vərəqələri buraxıb və investorlar onları cəmi səkkiz gün ərzində alıblar. Tikinti işləri Misir ordusunun genişmiqyaslı iştirakı ilə aparılıb.

Layihənin həyata keçirilməsi üçün 8,5 milyard dollar lazım olub. Layihənin məqsədi gəmilərin ikitərəfli hərəkətini təmin etməkdir. Beləliklə, kanal üzrə keçid zamanı gəmilərin orta gözləmə vaxtı dörd dəfə azalmalıdır. Nəticədə kanaldan gün ərzində keçəcək gəmilərin sayı 49-dan 97-yə qədər artırılacaq.

Su yolunun istismarından Misirin gəlirləri hazırkı 5,3 milyard dollardan 2023-cü ildə 13,2 milyard dollara qədər artacaq. Hazırda Suveyş kanalı turizmdən sonra ölkə üçün gəlir gətirən ikinci mənbədir.

Süveyş kanalı dünyanın dəniz yük dövriyyəsinin 7 faizini təmin edir və Avropanın Yaxın Şərqin nefti ilə təchizatında əsas rol oynayır. Gələcəkdə kanalın ətrafında böyük lojistik mərkəz və sənaye zonasının yaradılması planlaşdırılır.

Mərasimdə 90 rəsmi xarici nümayəndə heyəti, dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Fransua Olland, İordaniya kralı II Abdullah, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, Yunanıstanın Baş naziri Aleksis Tsipras və digər yüksək vəzifəli dövlət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasını Baş nazirin müavini Abid Şərifov təmsil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm