Rusiyada 10 ay əvvəl vertolyotda itənlərin qalıqları tapıldı
Bizi izləyin

Dünya

Rusiyada 10 ay əvvəl vertolyotda itənlərin qalıqları tapıldı

Rusiyanın Tuva Respublikasında ötən ilin 10 oktyabrında itmiş Mi-8 vertolyotunun qalıqları tapılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, respublikanın rəhbəri Şolban Kara-ool təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.

Onun sözlərinə görə, ekipaj və sərnişinlərin sağ qalmaq üçün heç bir şansları yox idi. “RİA- Novosti” agentliyinə qəza yerində olan mənbə on nəfərin qalıqlarının aşkar edildiyini bildirib.

Təyyarənin metal parçaları Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində avqustun 7-də tapılıb. Axtarış işlərini həyata keçirən mütəxəssislər metal parçaların üzərində “Air Tuva” sözlərini oxuyublar.

Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Vertolyotun göyərtəsində 14 nəfər olub. Vertolyotun axtarışları təxminən 70 min kvadrat kilometr ərazidə aparılıb. Lakin onun qalıqlarına rast gəlinməyib. Qış gəlişi ilə axtarış əməliyyatları dayandırılıb və yayda yenidən başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm