Dünya
İranda “içki inqilabı” ola bilər – ŞOK RƏQƏMLƏR

İranda getdikcə artan içki düşkünlüyü problemi ilə
mübarizə üçün reabilitasiya mərkəzi yaradılacaq.
Publika.az xəbər verir ki, “Financial Times” nəşri
İranda alkolizmdən əziyyət çəkənlərin sayının Rusiya, yaxud
Almaniya ilə müqayisədə az olmasına baxmayaraq, daha yüksək dozalı
içkilərdən istifadə olunduğunu yazıb.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, İranda bir içki düşkünü
ildə 24,8 təmiz spirt istifadə edir. Bu miqdar Rusiya, Almaniya,
yaxud İngiltərə ilə müqayisədə olduqca çoxdur. Ümumilikdə İranda
bir il ərzində 420 milyon litr içki istifadə olunduğu deyilir.
32 yaşlı iranlı “makler” Şayan 16 yaşından bəri hər həftə 4 litrə
qədər 45 faiz tərkibi spirt olan kustar üsulla düzəldilmiş araq
içdiyini deyib. O, həmçinin, hər gün 2 qram heroin qəbul etdiyini
də bildirib.
“Adsız alkoliklər” adlı təşkilatın sayəsində o, 4 aydır ki, bu
vərdişlərdən qurtulduğunu qeyd edib.
Dağa dırmanmaqla məşğul olan Məhəmməd adlı iranlı maraqlı fakt
açıqlayıb.
“Son səkkiz ildə hər həftə Tehranın kənarında dağa dırmanıram. Son
zamanlar dağa dırmanan gənclərin çoxundan içki iyi gəlir. Onlar
tutulmaq qorxusu ilə dağlara gedib içkini də orada içirlər”, - deyə
o bildirib.
Qeyd edək ki, İranda 1979-cu il İslam inqilabından sonra içki
istehsalı və satışı qadağan olunub. Yalnız dini azlıqlara içki
içmək qadağası tətbiq olunmur. Ölkədə içki düşkünlüyü ilə mübarizə
üçün müalicə mərkəzləri ilk dəfə 2013-cü ildə qurulub. Lakin
tənqidlərə səbəb olacağı qorxusu ilə hökumət bu mərkəzləri
bağlayıb.
Rəsmi məlumata görə, ildə 60-80 milyon litr arası içki ölkəyə qaçaq
yola gətirilir. Polis onlardan yalnız 20 milyon litrini ələ keçirə
bilir. Digər tərəfdən, alkoliklərin çoxu içkini öz evlərində kustar
üsulla istehsal edirlər.
Qərb ekspertləri hesab edirlər ki, İranda içkinin qadağan
olunmasına baxmayaraq, əhalinin kütləvi şəkildə ondan istifadəsi
yeni problemlərə yol aça bilər. Belə ki, içki düşkünlərinin qarşısı
alınmasa, onlar bir gün içki ehtiyaclarının ödəmək üçün küçələrə
axışaraq etiraz edə bilərlər.
Asif Nərimanlı

-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq