Dünya
Obama yəhudilərə meydan oxudu
ABŞ prezidenti Barak Obama Konqresdə İranla əldə olunan
nüvə razılaşmasının səsvrmə zamanı qəbul edilməməsi üçün çalışan
Amerika-İsrail İctimai Əlaqələr Komitəsini (AİPAC) sərt şəkildə
tənqid edib.
Obama ABŞ prezidentləri arasında ilk dövlət başçısıdır ki,
sözügedən Komitəni tənqid edir.
Təsadüfi deyil ki, İranla nüvə razılaşmasından sonra ABŞ və İsrail
arasında münasibətlərə getdikcə pisləşir. Obama bu həftə Komitənin
iki idarə edcisini Ağ Evə çağıraraq onları hədələyib.
Obama AİPAC-i nüvə razılaşmasına qarşı milyonlarla pul xərcləmək və
həqiqətdən uzaq iddialar yaymaqda ittiham edib.
ABŞ Konqresi
Səhəri günü isə prezident Amerika Umiversitetində çıxışı zamanı
bildirib ki, nüvə razılaşmasına qarşı çıxanlar ABŞ-ı İraq
müharibəsinə sövq etmək üçün milyonlarla dollar xərcləmiş
lobbilərdir.
New York Times qəzeti yazır ki, bundan əvvəl Ronald Reyqan, Corc
Buşun da AİPAC-lə problemləri olub. Lakin bu günə qədər heç bir
prezident ən güclü lobbilərdən olan AİPAC-ə belə meydan
oxumayıb.
AİPAC silah lobbisindən sonra ABŞ-da ən güclü lobbi hesab edilir.
Komitənin nüvə razılaşmasına qarşı artıq 20 milyon dollar
xərclədiyi, bundan başqa razılaşma əleyhinə elan və reklamlara isə
daha 25 milyon ayırdığı bildirilir.
Ötən ay İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan
danışıqlarda razılıq əldə olunub razılıq əldə olunub. İranla
"altılıq" ölkələri arasında razılığın əldə olunması rəsmi Tehrana
qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması
deməkdir.
İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin
baş naziri Benyamin Netanyahunu hiddətləndirmişdi. O bunu "tarixi
səhv" adlandırmışdı./ans press/
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi