Türkiyədə gömrük işçiləri yoxa çıxıb
Bizi izləyin

Dünya

Türkiyədə gömrük işçiləri yoxa çıxıb

Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalındakı Üzümlü sərhəd keçid məntəqəsinin 7 əməkdaşı itkin düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, gömrükçülərdən avqustun 10-u səhər saatlarından xəbər alınmır.

Əldə edilən məlumata görə, onlar səhər saatlarında Yüksekovadan Çuxurcaya getmək üçün mikroavtobusla yola çıxıblar. Lakin onlar sərhəd keçid məntəqəsinə gedib çatmayıblar. Hazırda təhlükəsizlik gücləri gömrükçülərin tapılması üçün axtarışlara başlayıb.

Gömrükçülərin terror təşkilatının silahlıları tərəfindən qaçırılması ehtimalı üzərində dayanılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm