Dünya
ABŞ-ın İncirlik “sevgi”sinin sirri açıldı

ABŞ-ın Türkiyənin İncirlik bazasından istifadə üçün israr etməsinin səbəbi ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın İncirlik bazasından istifadə üçün israr etməsinin arxasındakı səbəb İŞİD-ə qarşı həyata keçirilən əməliyyatların olduqca yüksək xərcinin olmasıdır.
Məlumata görə, İncirlik bazasından qalxan hər təyyarə uçuş məsafəsini 1500 kilometr qısaldacaq. ABŞ-ın Almaniyadakı 480-ci hərbi hava bazasına bağlı 31 hərbi təyyarənin İncirliyə yerləşməsinin bu həftə tamamlanması gözlənilir .
ABŞ İŞİD-in hədəflərini Küveytdəki bazasından qalxan təyyarələrlə vurur. Buradan qalxan təyyarələrin hədəfə çataraq geri qayıtması 2000 kilometr təşkil edir. Ancaq İncirlikdən qalxan təyyarə hədəfə çataraq geri qayıtması üçün təxminən 500 kilometr uçmalıdır. Bu isə həm yanacağa 75 faiz qənaət etməyə, həm də uçuşların sayını artırmağa imkan verir.
Bundan başqa, İncirliyin modernləşməsi tamamlandığı üçün bura təyyarələrə texniki xidmətin göstərilməsi və heyətin yerləşməsi baxımından da üstünlük təmin edir.
Ömər Dağlı

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi