ABŞ-da yenidən ara qarışdı: mitinqdə atışma
Bizi izləyin

Dünya

ABŞ-da yenidən ara qarışdı: mitinqdə atışma

ABŞ-ın Missouri ştatının Ferguson şəhərində silahsız qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinin birinci ildönümü ilə bağlı etiraz aksiyaları keçirilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, aksiyada yenidən atəş səsləri eşidilib. İlkin məlumatlara görə, bir nəfər qaradərili kişi vurulub. St Louis polisinin bildirdiyinə görə, ilkin olaraq iki naməlum avtomobildən atəş açılıb. Bundan sonra polis cavab atəşi açmağa vadar olub.

Ötən il Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Michael Brounun ağdərili polis zabiti Darren Uilson tərəfindən güllələnməsi bütün ölkə boyu etiraz nümayişlərinin keçirilməsinə səbəb oldu.

ABŞ-da həmin hadisə polis əməkdaşlarının irqçi hərəkətlərinə qarşı ümummilli etiraz dalğası yaratdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm