Dünya
Putinin planı Ankaraya çatmadı
İranın xarici işlər naziri Cavad Zərif Türkiyə səfərini təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə xarici İşlər Nazirliyinin səlahiyyətlisi “Reuters” agentliyinə bildirib.
Suriya böhranının müzakirə olunacağı görüşdə Cavad Zərifin Rusiya prezidenti Vladimir Putinin Suriya planını və İranın özünün hazırladığı 4 mərhələli planı Ankaraya təqdim edəcəyi gözlənilirdi. Suriya xarici işlər naziri Vəlid Müallim və Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov həftənin əvvəlində İrana gedərək sülh planı ilə əlaqədar müzakirələr aparmışdı.
Türkiyə xarici İşlər Nazirliyinin səlahiyyətlisi səfərin təxirə salınmasının səbəbi barədə məlumat verməyib.
Cavad Zərifin özü isə mətbuatda Suriya problemi ilə bağlı yazdığı məqaləsini dərc edib. O qeyd edib ki, keçmiş SSRİ-nin Əfqanıstana hücumundan sonrakı dövrdə “Əl-Qaidə” və Talibanın ortaya çıxmasına gətirib çıxaran səbəblər eyni şəkildə ABŞ-ın İraqa hücumu ilə İŞİD-in yaranmasına gətirib çıxarıb. Nazirin sözlərinə görə, çöküş və xaosdan qidalanan İŞİD kimi bir qrup ABŞ-ın 2003-cü ildə İraqa hücum etməsindən sonra yaranan xaos sayəsində güclənmişdir.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ