Dağıstanda İŞİD əməliyyatı: Süleymanov öldürüldü
Bizi izləyin

Dünya

Dağıstanda İŞİD əməliyyatı: Süleymanov öldürüldü

Rusiya təhlükəsizlik gücləri Dağıstan Muxtar Respublikasında İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat həyata keçirib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında “Qafqaz Əmirliyi” (“İmarat Qafqaz”) təşkilatının lideri, Abu Usman Gimrinski kimi tanınan Maqomed Süleymanov öldürülüb.

Məlumata görə, Maqomed Süleymanovla yanaşı, “Dağıstan əmİri” Kamil Saidov və Dağıstan dağ təşkilatının lideri Abdullah Abdullayev də öldürülüb. Avqustun 10-da başlayan anti-terör əməliyyatının davam etdiyi bildirilir.

“Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun 2015-ci il aprelində öldürülməsindən sonra onun yerini Maqomed Süleymanov tutmuşdu.

Qeyd edək ki, “Qafqaz Əmirliyi”nin əsası 2007-ci ildə Doku Umarov tərəfindən qoyulub. Təşkilat bir sıra terror aktlarının törədilməsində, o cümlədən 2010-cu ildə “Domodedovo” beynəlxalq aeroportundakı partlayışa görə ittiham olunur.

Xatırladaq ki, Şimali Qafqaz döyüşçüləri iyunun sonlarında tam heyətdə İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm