Ukrayna ordusundan müharibə hazırlığı – RƏSMİ
Bizi izləyin

Dünya

Ukrayna ordusundan müharibə hazırlığı – RƏSMİ

Ukraynanın Silahlı Qüvvələri 2015-ci ilin sonuna kimi 300-dən çox tank, 30 mindən çox raket və döyüş sursatı, 300-dən çox müşahidə cihazı və 3 mindən çox atıcı silah alacaq.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Pyotr Mexed bildirib.

O, əlavə edib ki, Ukrayna ordusu ilin əvvəlindən 266 mindən çox raket və döyüş sursatı, o cümlədən hərbi texnikanın təxminən 1200 vahidini alıb. Müdafiə nazirinin sözlərinə görə, hərbi texnika və silahlar Ukraynanın yeni və müasirləşdirilmiş müdafiə kompleksində istehsal olunur.

Pyotr Mexed bildirib ki, Ukraynanın Müdafiə Nazirliyi müdafiə planlaşdırması üzrə strateji layihələr üzərində işi başa çatdırıb. Bu layihələrə hərbi doktrina və 2015-2020-ci illərdə silahlanma üzrə konsepsiya da daxildir.

Müdafiə Nazirliyinin məlumatına görə, 2015-ci ildə Ukraynanın müdafiə büdcəsi təxminən 2 milyard dollar və ya ümumi daxili məhsulun 2,7 faizini təşkil edir. Bu, ötən illə müqayisədə (1,7 faiz) çoxdur. Ölkə prezidenti Pyotr Poroşenkonun mayın sonunda imzaladığı Milli Təhlükəsizlik Strategiyasına görə, təhlükəsizlik və müdafiə sektorunun illik maliyyələşdirilməsinə ümumi daxili məhsulun ən azı 5 faizinin xərclənməsi qarşıya hədəf qoyulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm