Dünya
Maaşını artırtmaq üçün müdirin otağına... - ŞOK PLAN

Türkiyənin İzmir şəhərində bir nəfər maaşın artırılmasına nail olmaq üçün müdiri seks görüntüləri ilə şantaj edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, planı baş tutmayan işçi həm işini, həm də azadlığını itirir.
Məlumata görə, geyim şirkətinin satış hissəsində 7 ay əvvəl 1500 lirə maaşla işə başlayan N. Z. (28) ötən ay müdiri H. K. (39) ilə görüşərək maaşının artırılmasını istəyib. “Yox” cavabı alan H. Z. eyni zamanda işdən qovulmaqla təhdid edilib. N. Z. bundan sonra evli və bir uşaq atası olan müdirinin iş otağına gizli kamera yerləşdirərək sevgilisi ilə birgə olduğu görüntüləri əldə edib.
Görüntüləri CD-yə köçürən N. Z. növbəti dəfə müdirin otağına gedərək maaşın artırılmasını tələb edib, əks halda görüntüləri həyat yoldaşına verəcəyini deyib. Şantaja boyun əyməyən iş adamı olanları həyat yoldaşına etiraf edib. Aldadıldığını öyrənən L. K. 150 min lirə təzminat tələbi ilə boşanma iddiası qaldırıb. Gənc qadın 4 yaşındakı uşağın vəkalətinin də ona verilməsini istəyib.
Ailəsi dağılan H. K. isə işçini qovaraq onun barəsində polisə şikayət edib. İttihamları rədd edən N. Z. sözügedən görüntülər tapılmadığı üçün sərbəst buraxılıb. Ancaq bıçaqla adam yaraladığı üçün 7 aylıq həbs cəzası olduğu ortaya çıxan N. Z. həbsxanaya göndərilib.

-
Rəsmi xronika16:30
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Yeniləndi
-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…
-
Dəb11:29
Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO