ABŞ-la Rusiya Dünyanı bölüşdürəcək - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

ABŞ-la Rusiya Dünyanı bölüşdürəcək - ŞOK PROQNOZ

ABŞ 2020-ci ildə Meksika və Latın Amerikasını, Rusiya isə Avropanı ilhaq edəcək.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzetinin əməkdaşı Con Karlin “Avqust 2020” başlıqlı məqaləsində yazıb. O, yaxın gələcəklə bağlı ironik tərzdə proqnozlar verib:

“Populizmin artması dünyada yeni konfliktlərin yaranmasına səbəb olacaq. ABŞ Prezidenti Donald Trump (hazırda prezidentliyə namizəddir) 2020-ci ildə Meksikanı işğal etmək üçün hücum əmri verəcək. Donald Trumpla Rusiya Prezidenti Vladimir Putin razılığa gələcək. ABŞ Meksika və Latın Amerikasında, Rusiya isə Avropada öz hərəkətlərində sərbəst olacaq”.

Müəllif sonda Putinin sözlərini də xatırladıb:

“Yaxın vaxtlarda yenidən bərpa olunacaq “SSRİ... Bütün Avropa qitəsində... Atlantikə qədər!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm