Türkiyə özünü yeni seks kasetlərinə hazırlayır
Bizi izləyin

Dünya

Türkiyə özünü yeni seks kasetlərinə hazırlayır

Türkiyə özünü yeni seks kasetlərinə hazırlayır

Türkiyədə 30 Mart bələdiyyə seçkiləri yaxınlaşdıqca AKP-Camaat qarşıdurması da güclənir. Müşahidəçilər isə seçkilərə bir neçə gün qalmış tərəflərin bir-birinə xoş olmayan sürprizlər edə biləcəyini bildirir.

Publika.Az –ın verdiyi xəbərə görə, “ Times” qəzeti baş nazir Rəcəb Təyyib Ərdoğanın rəqibini “şantaj üçün yataq otaqlarına girməklə” ittiham etməsindən sonra Türkiyənin özünü hökumət üzvlərini hədəf alacaq seks kasetlərinə hazırladığınıı bildirib.

Qəzet baş nazirin Bitlisdə keçirilən seçki mitinqindəki çıxışında ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənə səslənərək “İnsanların telefon danışıqlarını dinləyəcəksən, qeydə alacaqsan, şantaj edəcəksən, insanların yataq otaqlarını izləyəcəksən, təhdid edəcəksən, sonra özünə alim deyəcəksən” söylədiyini qeyd edib.

“Ondan əvvəl isə Gülən Ərdoğanı bütün bir ölkənin inkişafını saxlamaqda və icra aparatının hegemoniyasını qurmaqda ittiham etmişdi. Türkiyədə polis və məhkəmədə dərin kök salan Gülən isə sui-istifadə istintaqları barədə telefon qeydlərinin sızdırılması ilə əlaqəsinin olmadığını iddia edir. Ancaq müşahidəçilərin çoxu hesab edir ki, bütün bunlar keçən ilin sentyabr ayında Gülən icması tərəfindən işlədilən hazırlıq kurslarının bağlanması ilə bağlı hökumətin planından sonra iki köhnə müttəfiq arasında gedən siyasi vətəndaş müharibəsinin bir parçasıdır”, - “Times” qeyd edir.

2010-cu ildə Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykalın onunla bağlı seks kasetinin yayılmasından sonra istefa verdiyini xatırladan qəzet 2011-ci ildə parlament seçkilərindən bir müddət əvvəl Millətçi Hərəkat Partiyasının altı üzvünün seks kasetlərinin internetdə yayılması ilə istefa verdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm