PKK-ya ağır zərbə: 300 ölü, 500 yaralı, liderlər pərən-pərən... – VİDEO
Bizi izləyin

Dünya

PKK-ya ağır zərbə: 300 ölü, 500 yaralı, liderlər pərən-pərən... – VİDEO

Türkiyənin PKK terror təşkilatına qarşı Şimali İraqda və ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda 300-dən artıq terrorçu məhv edilib.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə əməliyyatları izləyən kəşfiyyat xidmətinin hesabatında deyilir.

Məlumata görə, Qəndil, Hakurk, Zap, Metina, Haftanin, Avaşin-Basyan və Gara düşərgələrinin bombalanması nəticəsində onların 80 faizi dağıdılıb. Təxminən 500-dən çox terrorçunun yaralandığı bildirilir. Beləliklə, 800-dən çox terrorçunun döyüşdən kənarlaşdırıldığı deyilir.

Təşkilatın lider heyətindəki bəzi şəxslər isə yerlərini dəyişdirmək məcburiyyətində qalıblar. Murad Karayılanın İrana, Cəmil Bayıkın isə Suriyaya keçdiyi hesabatlarda yer alıb.

Kəşfiyyat hesabatlarına görə, terror təşkilatının şəhər mərkəzlərində və digər yaşayış məntəqələrində çoxlu sayda silahlı üzvü var. Terrorçuların qaldıqları evlərin altında tunellərin qazıldığı, bəzi evlərin isə bu tunellərin vasitəsilə bir-birinə bağlandığı bildirilir.

Kəşfiyyat hesabatlarında Şırnak və ətrafında baş verən proseslərin həssaslıqla izlənildiyi ifadə edilir. Qara dəniz və Ağrı dağı bölgəsində yeni formalaşmaqda olan təşkilatın bu bölgələrdəki fəaliyyəti də yaxından izlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm