İrəvan qumarxanaya çevrilir: "Hər şeyi satışa çıxarırlar"
Bizi izləyin

Dünya

İrəvan qumarxanaya çevrilir: "Hər şeyi satışa çıxarırlar"

“Ermənistan köçür. Hər şeyi satışa çıxarırlar. Heç kim bilmir ki, sabah nəyi satacaqlar. Hətta alıcılar barəsində ictimaiyyətə xəbər vermirlər”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi müşahidəçi Naira Ayrumyan yazıb.

Onun sözlərinə görə, son olaraq Karen Demirçiyan adına İdman-Konsert Kompleksini satıblar. “Dörd il ərzində burada kazinoların da olduğu əyləncə mərkəzini tikəcəklər. Lap Sisernakaberd memorial kompleksinin yanında”, - erməni siyasi müşahidəçi qeyd edib.

O, qeyd edib ki, bu günlərdə yayılan informasiyaya görə, hökumət İranla Sevan (Göyçə) gölündən suyun satışı ilə bağlı razılaşma əldə edib: “Görünür, növbədə Nairit zavodu və Zvartnos aeroportudur. Məlum olduğu kimi Nairit zavodu tezliklə satılması üçün dövlət mülkiyyətinə qaytarılıb. Eyni zamanda Zvartnos hava limanının gəlirinin azaldığı barədə ictimai rəy yaradılır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm