Dünya
Saakaşvilidən geylərə qadağa

Odessa məhkəməsi LGBT icmasının nümayəndələrinə parad
keçirməyə qadağa qoyub.
ANS PRESS-in məlumatına görə, cinsi azlıq təmsilçiləri paradı 15
avqustda keçirmək istəyirlər. Odessa Şəhər Şurası 13-16 avqustda
toplaşmaq istəyən "Odessa Pride 2015" təşkilatıçılarına qarşı
məhkəmədə iddia qaldırıb. Şəhər rəhbərliyi belə bir addımın əhaliyə
mənfi təsir edəcəyini bildirib.
Məhkəmə Şəhər Şurasının mövqeyini qüvvədə saxlayıb. O da hesab edir
ki, bu cür paradın keçirilməsi şəhər üçün real təhlükə yaratmaqdan
başqa, iştirakçılar və digər vətəndaşların da həyat və sağlamlığına
mənfi təsirini göstərəcək.
Məhkəmə gey-paradın keçirilməsinə həm də ona görə qadağa qoyur ki,
festivalın keçirilmə müddəti çərçivəsində şəhərdə iki futbol
matçının keçirilməsi də nəzərdə tutulur.
Tədbirin təşkilatçıları isə deyirlər ki, əgər məhkəmə onların
əleyhinə qərar qəbul etsə, onda, onlar apeliyasiya məhkəməsinə
müraciət edəcəklər.
Gürcüntanın eks-prezidenti Mixail Saakaşvili bu ilin may ayından
Odessa vilayətinə qubernator təyin edilib.

-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI