Şok iddia: nüvə müharibəsinin qarşısını yadplanetlilər alıblar
Bizi izləyin

Dünya

Şok iddia: nüvə müharibəsinin qarşısını yadplanetlilər alıblar

Yadplanetlilər Amerika və SSRİ arasında nüvə müharibələrinə maneə olmaq üçün Yer kürəsinə baş çəkirdilər.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə Aya uçan amerikalı astronavtlardan olan Edqar Mitçell bildirib.

Astronavt bildirir ki, yüksək vəzifəli amerika hərbçiləri 1940-cı illərdə nüvə silahının sınaqları zamanı yadplanetlilərin gəmilərini görüblər. “Onlar hərbi baxımdan bizim imkanlarımızı bilmək istəyirdilər. İnsanlarla çoxsaylı danışıqlardan sonra aydın oldu ki, yadplanetlilər nüvə müharibəsinin başlanmasının qarşısını almağa və Yer kürəsində sülhə nail olmağa kömək etməyə çalışırdılar”, -Mitçell deyib.

O, həmçinin əlavə edib ki, yadplanetlilər Yer kürəsindəki insanlara qarşı düşmən münasibətdə olsaydılar, insanlar inkişaf etmiş texnologiyalara sahib olmazdılar.

Amerika Milli Kosmik Agentliyi (NASA) Mitçelin açıqlamasını şərh edib. “Mitçell böyük amerikalıdır, amma bu məsələdə onun fikirlərini bölüşmürük”, - NASA nümayəndələri bildiriblər.

Ay səthinə enən altıncı astronavt kimi tanınan Mitçell Aya 1971-ci ildə uçub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm