Dünya
Bağdadi haqqında ŞOK FAKTLAR: amerikalı girovu zorlayıb
İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi amerikalı girov Kayla Muellerə işgəncə və təcavüz edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika terrorla mübarizə səlahiyyətliləri bildirib.
İŞİD-in girov götürdüyü amerikalı girov bu il həyatını itirib. ABC News-a danışan Muellerin ailəsi qızın başına gələnləri təsdiqləyib. Ailəsi bildirib ki, qıza edilən işgəncə və təcavüz barədə hökumət onlara yalnız iyun ayında məlumat verib.
Adını vermək istəməyən terrorla mübarizə səlahiyyətlisi qeyd edib ki, Bağdadi Muelleri ABŞ tərəfindən hava zərbələri ilə öldürən Əbu Səyyafın evinə gətirib. Səlahiyyətli Bağdadinin davamlı şəkildə bu evi gəldiyini və Muellerə təcavüz etdiyini deyib. Səyyafın evində seks köləsi kimi saxlanılan 16 və 18 yaşındakı iki yezidi qız və Səyyafın həyat yoldaşı Ümmü Səyyaf bu barədə amerikalı səlahiyyətlilərə məlumat verib.
Qeyd edək ki, İŞİD Muellerin fevral ayının əvvəllərində ABŞ-ın Suriyada təşkil etdiyi hava hücumları zamanı öldürüldüyünü iddia edib. ABŞ bundan üç ay sonra təşkil etdiyi quru əməliyyatı ilə Əbu Səyyafı Suriyada öldürmüşdü.
Ömər Dağlı
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov