Şimali Koreya ABŞ-ı hədələdi
Bizi izləyin

Dünya

Şimali Koreya ABŞ-ı hədələdi

Şimali Koreya ABŞ-ı "indiyə qədər dünyaya məlum olmayan hücum vasitəsi"lə hədələyib.

Publika.az Report-a istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının təhdidləri Cənubi Koreyanın hər il Birləşmiş Ştatlarla keçirdiyi birgə təlimlərlə bağlıdır.

KXDR-nın Milli Müdafiə Komitəsinin mətbuat katibi bildirib ki, təlimlər zamanı Cənubi Koreya və ABŞ-ın hərbi gücünün artması Şimali Koreyanı onlara cavab vermək məcburiyyətində qoyur.

ABŞ Dövlət Departamenti, öz növbəsində qeyd edib ki, "təlimlər tamamilə şəffafdır və müdafiənin möhkəmləndirilməsinə yönəlib. Şimali Koreyanın hərbi idarəsində qonşu ölkədə keçiriləcək tədbirləri təhlükə hesab edərək, "nə nüvə silahı, nə də tüfənglə deyil, məhz indiyə qədər dünyaya məlum olmayan son hücum və müdafiə vasitəsilə müqavimət göstərəcəkləri" ilə hədələyirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm