Dünya
Yoxa çıxan təyyarədən yeni xəbər var

İndoneziyada yoxa çıxan sərnişin təyyarəsinin qalıqları
tapılıb. Göyərtəsində 54 adam olan ATR 42 təyyarəsinin qalıqları
qərb istiqamətində yerləşən Papua bölgəsində
aşkarlanıb.
Publika.az xəbər verir ki, Trigana Air hava yolları şirkətinə
məxsus ATR 42 turbo-vintli təyyarə ilə əlaqə yerli vaxtla saat
15:00 radələrində kəsilmişdi.
Jayapura bölgəsinin mərkəzində yerləşən Sentani aeroportundan
qalxdıqdan bir qədər sonra təyyarə radarlardan itmişdi. Trigana Air
şirkətinin ATR 42 təyyarəsi bölgənin cənubunda yerləşən Oksibil
şəhərinə yollanırdı.
Rəsmilərin məlumatına əsasən, təyyarə qalıqları Oksibil
aeroprtundan uzaqda olmayan Bintang dağlıq ərazidə aşkar olunub.
Indoneziya hava nəqliyyatı idarəsinin rəhbəri Suprasetyonun
təbirincə, sakinlər təyyarənin Tangok dağına çırpıldığını
bildiriblər.
Təyyarə qəzasından kimin isə sağ çıxıb-çıxmadığı hələlik məlum
deyil.
Təyyarədə 5 nəfər uşaq və körpə də daxil 49 sərnişin və 5 nəfər
ekipaj üzvü olub.
Ötən ilin dekabr ayında İndoneziyanın AirAsia təyyarəsi Java dənizi
üzərində qəzaya uğramaşdı, nəticədə 192 adam həlak olmuşdu.
İyul ayında Sumatrada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb -
nəticədə, yerdə olanlar da hesaba alınmaqla, 140 adam həlak
olmuşdu.

-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
Rəsmi xronika13:46
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
-
Dünya11:37
Rusiya-ABŞ danışıqlarında mövzulardan biri məlum oldu: Çox güman ki, Putin...
-
İdman10:30
AFFA klublara ayrılan vəsaiti kəsir: Görün hara yönəldiləcək
-
Dünya10:24
Moskva Makronun təşəbbüsünü belə ələ saldı: Bəlkə Danimarkanın dərdini çəkəsiniz