Çindəki partlayışda 85 yanğınsöndürən itkin düşüb
Bizi izləyin

Dünya

Çindəki partlayışda 85 yanğınsöndürən itkin düşüb

Çinin liman şəhəri Tianjindəki partlayışdan dörd gün keçəndən 95 nəfər itkin düşmüş sayılır. Onlardan 85-i yanğınsöndürəndir. Partlayışda 112 nəfər ölüb.

Həmin hadisədən sonra ancaq bir neçə nəfərin cəsədinin kimliyi müəyyənləşdirilib.

Ölkədəki onlarla internet saytı "şayiə yaydıqlarına görə" bağlanıb.

Partlayış avqustun 12-də təhlükəli maddələr olan anbarda baş verib. Titrəyişlər bir neçə kilometr uzaqda da hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm