Putindən Əsədə hərbi dəstək
Bizi izləyin

Dünya

Putindən Əsədə hərbi dəstək

Rusiya Suriyaya 6 ədəd “MİQ-31” tipli döyüş təyyarəsi göndərib.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, təyyarələr Suriyanın paytaxtı Dəməşqdəki Mezze hərbi aerodroma enib.

Yüksək hündürlükdən uça bilən “MİQ-31”lər sahib olduqları inkişaf etmiş radarlarla 200 kilometrlik bir hava sahəsini nəzarət altında saxlamağı bacarır. “MİQ-31”lər dünyanın ən sürətli döyüş təyyarələri arasında yer alır.

Rusiya 2007-ci ildə Suriyaya 8 ədəd “MİQ-31”in satılması barədə qərar qəbul etmiş, ancaq daha sonra İsrailin təzyiqləri nəticəsində razılaşmanın icrası təxirə salınmışdı.

Hərbi təyyarələrin Əsəd rejiminə çatdırılması barədə xəbərlərin bu günlərdə yayılması diqqət çəkməyə bilməz. Bir müddətdir yayılan informasiyalara görə, Rusiya prezidenti Vladimir Putin Əsədin yer almadığı yeni Suriya planını qəbul etməyə yaxındır. “MİQ-31”lərin Dəməşq rejiminə çatdırılması isə Kremlin əvvəlki kimi Əsəd dəstək verəcəyi anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm