Təyyarələr havada toqquşdu: 4 ölü
Bizi izləyin

Dünya

Təyyarələr havada toqquşdu: 4 ölü

ABŞ-ın cənubunda yerləşən San Dieqo şəhərində iki kiçik təyyarə havada toqquşub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində dörd nəfər həyatını itirib.

Amerika Federal Havaçılıq Dairəsinin sözçüsü Lan Gregor qəzanın iki təyyarənin “Brown Field” hava limanına endiyi vaxt baş verdiyini söyləyib.

Kaliforniya Meşə və Yanğından Mühafizə Müdirliyi təyyarənin parçalarının 400 metr diametri olan əraziyə dağıldığını açıqlayıb. Qəzadan sonra hava limanın yaxınlığındakı meşə ərazisində yanğın baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm