Almaniya terrorçuları dəstəklədiyini etiraf etdi: “Patriotları onlara görə geri çəkdik”
Bizi izləyin

Dünya

Almaniya terrorçuları dəstəklədiyini etiraf etdi: “Patriotları onlara görə geri çəkdik”

Almaniya hökuməti “Patriot” raketdən müdafiə sistemlərini PKK terror təşkilatına görə geri çəkdiyini etiraf edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın nüfuzlu qəzeti olan “Frankfurter Allgemeine Zeitung (FAZ)” xəbər yayıb.

Məlumatda deyilir ki, Almaniya kansleri Angela Merkelin başında olduğu koalisiya hökumətinin böyük ortağı Sosial Demokrat Partiyasının (SDP) müdafiə məsələləri üzrə mütəxəssisi Rainer Arnold etiraf edib ki, hökumət bu qərar Türkiyənin PKK-ya qarşı başlatdığı hərbi əməliyyatlara görə verib.

Qəzetin yazdığına görə, bu qərarın verilməsində başlıca səbəb Türkiyənin Suriya məsələsində ABŞ və Almaniya ilə mövqeylərinin üst-üstə düşməməsidir.

Rainer Arnold “patriotların” geri çəkilməsində PKK-ya qarşı həyata keçirilən hərbi hava əməliyyatlarının da təsiri olduğunu etiraf edib.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen de isə böhranla qarşılaşan bölgədə başqa təhdidlərin də ortaya çıxdığını bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm