İrəvanda dərəbəylik: “Air Armenia” şirkətinin rəhbəri döyüldü
Bizi izləyin

Dünya

İrəvanda dərəbəylik: “Air Armenia” şirkətinin rəhbəri döyüldü

Ermənistanın “Air Armenia” hava yolları şirkətinin 45 yaşlı icraçı direktoru qaçırılaraq futbol federasiyasının inzibati binasında girov saxlanılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, icraçı direktor Arsen Avetisyanın qaçırılması haqda xəbəri həyat yoldaşı İzabella Melkumyan verib.

Melkumyan deyib ki, şirkətin borcları olub. “Taron” hava şirkətinin sahibi Qarnik Papikyan borcunu digər üsullarla geri almaq üçün Ermənistanın futbol federasiyasının prezidenti Ruben Ayrapetyana müraciət edib”.

Verilən məlumata görə, avqustun 15-də Arsen Avetisyan futbol federasiyasının prezidenti tərəfindən futbol akademiyasına dəvət edilib. Orada federasiya prezidentinin cangüdənləri tərəfindən döyülüb.

O, burun sınığı, kəllə-beyin travması, öd və qaraciyər genişlənməsi və ayağında kısilmiş, deşilmiş yaralar diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm