Dünya
Türkiyədə koalisiya hökumətinin qurulması mümkün olmadı

Bu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə müxalif Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli arasında koalisiya hökumətinin qurulması ilə bağlı görüş keçirilib. Görüş nəticəsiz bitdiyi üçün Türkiyədə koalisiya hökumətinin qurulması mümkün olmayıb.
Görüşün nəticələri barədə jurnalistlərə açıqlama verən Baş nazir Ə.Davudoğlu bildirib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə koalisiya hökumətinin qurulması üçün əlindən gələni etdi.
Ə.Davudoğlu ilə D.Bahçeli arasında keçirilən görüşün 2 saat 26 dəqiqə çəkdiyi bildirilir.
MHP lideri D.Bahçeli isə erkən seçimə dəstək verməyəcəklərini deyib.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı uğursuz cəhdindən sonra D.Bahçeli bildirmişdi ki, AKP milliyətçi hərəkatın şərtlərini qəbul etsə, koalisiya hökumətinin formalaşdırılmasına razılığını verə bilər.
MHP-nin əsas şərti ondan ibarətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumilikdə ölkənin siyasətinə qarışmasın.

-
MDB08:19
Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu