Mandelanın nəvəsi zorlamada ittiham olunur
Bizi izləyin

Dünya

Mandelanın nəvəsi zorlamada ittiham olunur

Yohannesburq məhkəməsi 15 yaşlı qızı zorlamaqda şübhəli bilinən Cənubi Afrika Respublikasının (CAR) 8-ci prezidenti olmuş Nelson Mandelanın nəvəsinə qarşı cinayət işi qaldırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 7-də restoranlardan birinin tualetində baş verib.

Cənubi Afrika Respublikasının qanunlarına əsasən, şübhəli bilinən şəxsin adı günahı sübuta yetirilənə qədər açıqlanmır. Ona görə də CAR mətbuatında zorakının yalnız 24 yaşlı kişi olduğunu yazırlar.

Bundan əlavə, Mandela ailəsi tərəfindən zorlanan qızın ailəsinə təzyiqlər göstərildiyi də yazılır.

İnsan hüquqları uğrunda mübarizə aparan və CAR-ın ilk qaradərili prezidenti olmuş Nelson Mandelanın nəvəsinin məhkəməsi gələn həftə başlayacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm