İŞİD-dən dəhşətli plan: QİÇS-ə yoluxdurulmuş kamikadzelər
Bizi izləyin

Dünya

İŞİD-dən dəhşətli plan: QİÇS-ə yoluxdurulmuş kamikadzelər

Suriyanın şərqində yerləşən Meyadin şəhərində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri arasında QİÇS epidemiyası yayılıb.

Publika.az xəbər verir ki, bu barədə müstəqil Suriya agentliyi “ARA News” məlumat yayıb.

Məlumata görə, İŞİD-in 16 döyüşçüsündə QİÇS virusu aşkarlanıb. Agentlik yazır ki, virusa yoluxanların əksəriyyəti xarici döyüşçülərdir və onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Agentliyin yazdığına görə, QİÇS virusuna yoluxanların əksəriyyəti narkoman olurlar və kriminal keçmişə malikdirlər. İŞİD-in sıralarında bu virusa yoluxanlara tez-tez rast gəlindiyi, terror qruplaşmasının nəzarət etdiyi ərazilərdə seks köləliyi və çoxarvadlılıq yayıldığı üçün xəstəliyə yoluxma riskinin də böyük olduğu bildirilir.

Böyük Britaniyanın “Daily Mail” qəzeti isə məlumat verib ki, İŞİD liderləri QİÇS virusuna yoluxan döyüşçüləri kamikadze olmağa məcbur edirlər.

İraqın və Suriya ərazisinin əhəmiyyətli hissəsini tutan İŞİD-in ekspansiyası 2014-cü ilin ortalarından başlayaraq dünyanın əsas problemlərindən birinə çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə, tutulan ərazilərdə “xilafət” elan edən terror qruplaşmasının təxminən 30 min döyüşçüsü var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm