Müsəlmanları radiasiya ilə öldürmək istəyən amerikalı hərbçi məhkəmədə
Bizi izləyin

Dünya

Müsəlmanları radiasiya ilə öldürmək istəyən amerikalı hərbçi məhkəmədə

ABŞ-da keçmiş hərbçi müsəlmanların qətli üçün daşınabilən rentgen aparatından istifadə etmək cəhdində ittiham olunub.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, “General Electric” şirkətində işləyən Krouford 2012-ci ildə iki yerli yəhudi qrupu ilə əlaqə yaradıb və onlara texnologiya ideyasını təklif edib. Yəhudi qrupların təklifi necə qarşıladığı barədə məlumat verilmir. Amma Krouford bundan sonra izlənilməyə başlanılıb.

Krouford 2013-cü ildə ideyasını Ku-Kluks-Klan təşkilatının (irqçi xristian-terrorçu təşkilat) “Böyük magistr”inə təklif edib. “Böyük magistr” isə Federal Təhqiqat Bürosunun (FTB) informatoru olub və Kroufordun ideyası barədə hakimiyyətə məlumat verib. Deyilənə görə, Krouford FTB-nin informatoruna radiasiya ilə zəhərlənmənin çox gözəl ideya olduğunu bildirib.

Onun vəkilləri iddia edir ki, müqəssir FTB tərəfindən təşkil edilən təxribatın qurbanıdır. Lakin məhkəmə iclasçıları vəkillərin bu iddiasını rədd ediblər.

Günahı sübuta yetiriləcəyi halda, Nyu-York ştatının sakinini 25 il həbs cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm