Bu gecə İstanbuldakı aksiyalarda 1 nəfər ölüb
Bizi izləyin

Dünya

Bu gecə İstanbuldakı aksiyalarda 1 nəfər ölüb

Gəzi Parkı hadisələri zamanı yaralanan və çərşənbə axşamı günü dünyasını dəyişən Berkin Elvan ölüm xəbəri ölkədə etiraz çıxışlarına səbəb olub.

Gəzi Parkı hadisələri zamanı yaralanan və çərşənbə axşamı günü dünyasını dəyişən Berkin Elvan ölüm xəbəri ölkədə etiraz çıxışlarına səbəb olub.

İstanbulun Okmeydanı məhəlləsində meydana gələn qarşıdurmada 21 yaşlı Burak Karamanoğlu adlı sıravi vətəndaş nümayişçilərin silahlı hücumu nəticəsində dünyasını dəyişib.

AKP-nin İstanbul partiya təşkilatının sədri Əziz Babuşçu 14 yaşlı Berkin Elvanın cənazə mərasimindən sonra gecə boyunca davam edən etirazlarda 21 yaşlı Burak Karamanoğlu adlı vətəndaşın Okmeydanı Örnektepe məhəlləsində nümayişçilər tərəfindən öldürüldüyünü və ərazidə polisin olmadığını da vurğulayıb.

"CNN TÜRK"-də canlı yayımlanan proqramlardan birinə zəng edən Babuşçu bunları səsləndirib:

"Baxın, bu gün bir gənc insanı daha itirdik. Daha qan axmasın, gənclərimiz ölməsin. Okmeydanı Örnektepe Məhəlləsində ikisi də polisə qarşı olan iki qrup varıydı və orada bir adam öldü."

Aparıcının "qaz bombasının kapsulu ilə öldü?" - sualına, "Xeyr, orada polis yox idi, polisin olmadığı bir yerdə öldürüldü" - deyə Babuşçu cavab verib.

Qeyd edək ki, Taksim və Taksimə gedən yollarda polisin təhlükəsizlik tədbirləri artırılıb. Gəzi Parkına isə vətəndaşların girişi qadağan edilib./anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm