Dünya
PKK İŞİD taktikasını Türkiyəyə gətirdi: 200 kamikadze partlamağa hazırdır
İŞİD-in kamikadze hücumlarından sarsılan PKK terror təşkilatı eyni taktikanı Türkiyəyə gətirir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə kəşfiyyat qurumları tərəfindən hazırlanan və təhlükəsizlik orqanları ilə paylaşılan hesabatda deyilir.
Təşkilatın silahlı qanadına bağlı 200 “ölüm fədaisi”nin şəhərlərə göndərildiyi, onların kamikadze hücumlarına hazırlaşdığı bildirilir. İçinə partlayıcı maddələr yerləşdirilən avtomobillərin əhalinin sıx toplaşdığı yerlərdə və strateji obyektlərin qarşısında partladılması da PKK-nın əsas hədəflərindəndir.
Terror təşkilatının gənclik qanadı olan YDH-G isə PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilin kəşfiyyat məlumatları ilə təmin edilməsində mühüm rol oynayır, həmçinin terror aktlarında iştirak edir. Məlumata görə, kürd məsələsinin həlli üzrə danışıqlarının davam etdiyi ötən 3 ildə terror təşkilatına təxminən 4600 nəfər qatılıb.
Qeyd edək ki, dünən Türkiyə mediasına kəşfiyyat mənbələrinə istinadən PKK terror təşkilatının 2013-cü ilin sentyabr ayından etibarən Türkiyə torpaqlarına mərhələli şəkildə silahlı qruplar keçirdiyini yazıb. Hazırda ölkə ərazisində 2500 PKK terrorçusunun olduğu müəyyənləşdirilib. Ölkə sərhədlərindən kənarda isə bu rəqəmin təxminən 9 min olduğu bildirilir.
Məlumata görə, PKK şəhərlərdə terror aktlarının həyata keçirilməsi üçün Suriya, İran və İraq olmaqla xarici ölkələrin vətəndaşlarını seçir.
Yaralı ələ keçirilən, yaxud da təslim olan PKK terrorçularının verdiyi məlumatlar da göstərir ki, terror təşkilatı xarici vətəndaşlardan şəhər mərkəzlərində yaxın vaxtlarda həyata keçiriləcək kamikadze hücumlarında istifadə edəcək. PKK-nın həmçinin “Ölümsüz APO-çu Fədailər Batalyonu” adını verdiyi, böyük əksəriyyəti qadınlardan təşkil olunan 600 nəfərlik kamikadze qrupunu yetişdirdiyi bildirilir. Kamikadze qrupunun təhlükəsizlik güclərin axtarışında olmayan və deşifrə edilməyən şəxslərdən seçildiyi deyilir. Məlumata görə, “Ölümsüz APO-çu Fədailər Batalyonu” PKK-nın Şimali İraqdakı düşərgələrində yerləşdirilib və hərəkətə keçmək üçün əmr gözləyir. Kamikadze qrupunun PKK-nın liderlərindən olan Murad Karayılanın başçılıq etdiyi Mərkəzi Qərargah Komandirliyinə bağlı olduğu deyilir.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ