Dünyanın ən təhlükəli adasına giriş qadağan edildi – FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən təhlükəli adasına giriş qadağan edildi – FOTOLAR

Braziliyanın “Ilha de Queimada Grande” adasına insanların girişi ordu tərəfindən qadağan edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb adanın zəhərli ilanların evinə çevrilməsidir.

Braziliya hökuməti əhaliyə xəbərdarlıq edib ki, insanlar sözügedən adaya ayaq basmasın. Çünki indiyədək bu adaya gedən yüzlərlə insan ilan sancması nəticəsində həlak olub.

430 min kilometrlik ərazini əhatə edən ada San-Paulo şəhərininin 144 kilometrliyində yerləşir.

Qeyd edək ki, Braziliyada “İlanlar adası” adlandırılan “Ilha de Queimada Grande” dünyanın ən təhlükəli adası hesab olunur. Adada hər kvadrat metrə orta hesabla 5 ilan düşür. Hazırda bu adada dünyanın ən zəhərli və təhlükəli ilanları yaşayır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm