Sinan Oğandan MHP-yə şeirlə cavab: “Ən amansız...”
Bizi izləyin

Dünya

Sinan Oğandan MHP-yə şeirlə cavab: “Ən amansız...”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İğdırdan seçilmiş sabiq deputatı Sinan Oğan üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilməsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Sinan Oğan MHP-dən çıxarılması ilə bağlı “Twitter” səhifəsində şeir paylaşıb.

Həmin şeirin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Mənə sən yoxsan, sən öldün, deyirlər,

Bu kor yer kürəsinin yeddinci qatındayam,

Budur, əllərini tuturam yaşanmayan bir çağın,

Mən günəşi qısqandıran gerçəyəm.

Dayanılmaz ağrılar çəkirəm hey!

Nağıllarda da olsa bir gün çıxıb gələcəyəm,

Bir sevgi böyüdürəm içimdə için-için,

Gün görməmiş şeirlərə şahidəm,

Gərilmiş bir yayım qorxulardan azaddır,

Ən amansız müharibələrə girəcəyəm,

Bu coşqun aşıqları mən ovsunladım belə,

Harada həsrət qoxuyan mahnı varsa, içindəyəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm