Dünya
3 yaşlı qızı ölümdən xilas edən hərbçinin qolu sındı - FOTO
Bu gün Rusiyada bir çoxları Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbçisi Aleksey Vasilyevin qəhrəmanlığından danışır.
Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl evinə qayıtmış hərbçi yanından keçdiyi binanın yuxarı mərtəbəsində səs-küy eşitdiyindən baş verənlərlə maraqlanıb.
Məlum olub ki, binanın 6-cı mərtəbəsinin azyaşlı sakinlərindən biri eyvana çıxaraq balkonun dəmir barmaqlıqlarından sallanıb. Vasilyev dərhal yuxarı qalxıb və yıxılmaq təhlükəsində olan 3 yaşlı qızı son anda xilas edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təcili yardım həkimləri uşağın bədənində hər hansı xəsarət izi tapmayıb.
Hərbi hissəyə qayıtmış Aleksey bu qəhrəmanlığı barədə heç kimə heç nə deməyib.
Hər şey onun hərbi hissənin tibb məntəqəsinə müraciət etməsindən sonra bəlli olub. Həkim müayinəsi zamanı məlum olub ki, azyaşlını xilas edən zaman hərbçinin əli sınıb. Tibb işçilərinə izahat verən Alekseyin harada ciddi zədə aldığını deməsindən başqa çıxış yolu qalmayıb.
“Mənim yerimə kim olsaydı, xüsusən də hərbçi, belə addım atardı”, deyən Aleksey qolunun sındığını sonradan bilib.
O, bu qəhrəmanlığına görə “Xilas naminə cəsarət” medalı ilə təltif edilib.
Anar Tağıyev
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ