Dünya
Mahaçqalanın sabiq meri ömürlük azadlıqdan məhrum olundu

Rusiyanın Mahaçqala şəhərinin sabiq meri Səid Əmirov barəsində məhkəmə prosesi başa çatıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Şimali Qafqaz Dairəs Hərbi Məhkəməsi terrorçuluqda ittiham olunan sabiq meri ömürlük azadlıqdan məhrum edib.
“Əmirovun günahları sübuta yetirilib. Məhkəmə cəzaların qismən toplanması yolu ilə Əmirovun ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb”, - hakim deyib.
Sabiq mer cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Prosesin digər iştirakçıları 9 ildən 22 ilə qədər həbs cəzası alıblar.
Səid Əmirovun müdafiəçiləri hökmdən şikayət edəcəklər. Onun vəkili Vladimir Postanyuk məhkəmə hökmünün ədalət və qanunlardan uzaq olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmənin ədaləti təmin etmək niyyəti yox idi.
Qeyd edək ki, 2014-cü ildə Şimali Qafqaz Dairəsi Hərbi Məhkəməsi
sabiq mer və onun bacısı oğlu Yusif Caparovu cinayət işlətdiklərinə
görə məhkum etmişdi. O zaman onlar silah alveri və terror aktları
hazırlamaqda günahkar hesab edilmiş, sabiq mer 10, bacısı oğlu isə
8 il 5 ay azadlıqdan məhrum olunmuşdu.
Sonradan prokurora Əmirovla bağlı faktlar təqdim olunub. Məlum
olub ki, 2011-ci ildə mühakim Şimali Qafqazda cinayətkar
təşkilatının yaradıcısı, eyni zamanda, həmin ildə Xəzər sahilində
yerləşən “Moskva” ticarət və əyləncə kompleksində qətl hadisəsinin
əsas sifarişçisidir. Qətlin vasitəçisi isə onun bacısı oğlu Yusif
Caparovdur.
Araşdırmalar zamanı məlum olmuşdu ki, onlar Dağıstan Pensiya
Fondunun rəhbəri Seyid Murtuzəliyevi öldürməli idilər. Müstəntiqlər
deyir ki, Murtuzaliyev təyyarədə uçan zaman onu portativ
zenit-raket sistemi ilə vurmaq istəyiblər.
Əmirov özü isə deyilənlərin yalan olduğunu və şahidlərin işgəncə altında ifadə verdiklərini söyləyib. Təqsirli bilinənlər arasında Əmirov və bacısı oğlu Caparovdan başqa, daha üç qardaş da var. Bunlar Murad Əliyev, Məhəmməd Kadiyev və Zübeyr Mutayevdir.
Xatırladaq ki, Əmirov 1991-dən 1998-ci ilə qədər Dağıstan Respublikasının hökumətinin sədr müavini postunu tutub. 1998-ci ildən 2013-cü ilə qədər isə Mahaçqalanın meri olub.
Ömər Dağlı

-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq
-
İdman13:52
Məşhur model "Real"ın futbolçusu ilə villanın zirzəmisindəki macərasından danışdı - FOTOLAR