Qərbə xəbərdarlıq: Ukraynanın işğalı ilə bağlı ssenari hazırlanıb
Bizi izləyin

Dünya

Qərbə xəbərdarlıq: Ukraynanın işğalı ilə bağlı ssenari hazırlanıb

Qərbə xəbərdarlıq: Ukraynanın işğalı ilə bağlı ssenari hazırlanıb

“Rusiya bütün Ukraynanın tutulması ilə bağlı ssenari hazırlayıb”.Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın baş naziri Arseniy Yasenyuk Vaşinqtonda Atlantik Şurasında etdiyi çıxışında söyləyib.

Baş nazir Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün saxlanması üçün Avropa İttifaqı və ABŞ-ın bir mövqedən çıxış etməsinin çox əhəmiyyətli olduğunu bildirib.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin birinci ssenarisi hansısa formada Krımı tutmaq idi. Amma Putin daha irəli gedə bilər. Rusiyada başqa ssenari də var. Bu bütün Ukraynanın, həmçinin Ukraynanın paytaxtının tutulmasıdır. Hər şey prezident Putin hədəflərindən asılıdır”, - A.Yasenyuk söyləyib.

Rusiya prezidentinin “Sovet İttifaqının dağılması ötən yüzilliyin ən böyük faciəsidir” sözlərini xatırladan Ukrayna baş naziri bildirib ki, Sovet İttifaqının bərpası XXI əsrin ən böyük faciəsi ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm