10 günlük körpəni siçanlar yedi
Bizi izləyin

Dünya

10 günlük körpəni siçanlar yedi

Hindistanda xəstəxanalardan birində dəhşətli hadisə baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, reanimasiya şöbəsində yatan 10 günlük körpə siçanların dişləməsi nəticəsində həyatını itirib.

Valideynlərin sözlərinə görə, uşağın barmağının siçanlar tərəfindən dişlənildiyini fərq edərək tibb bacılarına xəbər veriblər. Lakin tibb bacıları buna əhəmiyyət verməyiblər.

Hadisədən sonra Səhiyyə Nazirliyi dərhal hərəkətə keçib və dövlət xəstəxanasının yoxlanılması üçün xüsusi qrup yaradılıb. Uşağın ölməsində günahkar hesab edilən 3 nəfər işdən çıxarılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm