HDP-li nazirdən "erməni soyqırımı" ilə bağlı şok açıqlama
Bizi izləyin

Dünya

HDP-li nazirdən "erməni soyqırımı" ilə bağlı şok açıqlama

Türkiyənin Avropa Birliyi naziri Ali Haydar Konca qondarma “erməni soyqırımı” haqqında qalmaqal yaradacaq ifadələr söyləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) təmsilçisi olan nazir “erməni soyqırımı” haqqında suala cavab olaraq “qətliam”ın edildiyi deyib.

“Bir qətliamın edildiyi çox açıq və aydındır. Bunu hər kəs qəbul edir. Qəbul etməyən də yoxdur”, - nazir söyləyib.

Terrorçular barəsində məlumat verənlərə mükafatların verilməsinə gəlincə, nazir bunun Texas hekayələrinə bənzədiyini bildirib: “Mükafatla, vurub-qırmaqla problemləri həll etmək mümkün deyil. Məntiqli olmadığını ifadə etmək istəyirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm